Milli fəallar və üyələrin diqqətinə: “Duzağa düşməyək!”

Seçgilərdə təqəllüblərin aşkarlanmasından sonra yaranan gərginlikdən başqa amacı olan hakimiyətin oyununa gəlməmək üçün, tüm milli fəallar və Milli Party üyələrinə muraciət edərək onları bu gərginlikdən uzaq durmağa çağırırık.

Yaxın günlərdə yaranacaq olan təzahuratlarda iştirak edənlərin yaxlaşık hamısı məhz fars rejiminə məşruiət qazandırmaq üçün çalışacaqlar. Azərbaycanda milli məsələ ilə ilgisi olmayan təzahuratlrda iştirak etməməklə, bir daha işqalçı rejimin hiləsini boşa çıxarmalıyıq.

Kütlədə yaranan narazılığı təsirsiz halə gətirmək üçün, hakimi quvvələr hər dən bir göstəri və hətta xiyavan savaşlarına azadlıq verərək onları kontrola almağa çalışarlar. Bu anda isə fars işqalçıları eyni siyasəti uyqulamaqdadır. Neçə gün sözdə etirazdan sonra, muxalifət qılığına girən, ama özlərindən olan şəxslərin dalı oturacağı, təzahuratların bitişinə bais olacaqdır. Bu arada, qondarma seçgilərdə qazanan işqalçı rejimin bir şaxəsi, o biri şaxəsilə işbirligi aparmağa davam verəcəkdir.

Hər zaman olduğu kimi, Azərbaycan milli məsələsini işqalçı rejimin iç məsələsindən ayırmaq üçün hər tür önləm alınmalıdır. Əgər bu gün Azərbaycanlılar işqalçı rejimə uyaraq xiavanlara tökülsələr, istər istəməz milli məsələnin arxa plana keçməsinə bais olacaqlar.

Seçgilərin boyokt olunmasından yana olan soydaşlarımıza, iləri görüşlü olduqlarına görə təbrik deiyb və seçgiləri təbliğ etməkdə bir birilə yarışan, ancaq örəkdə sadiq olan bilgisiz fəallarıda iş birliginə çağırıb və birlikdə işqalçı rejimin tələsindən uzaq durmağa çalışacayıq.

Gələcək günlərdə çeşitli kanallardan savaş yaratmağa, şəhərləimizi qan gölünə çevirməgə və işqalçıların qullarına meydan yaradaraq milli fəalları artıq basqıya qoymağa çalışan əlləri kökündən qırmağ üçün, Təbriz və Tehran başda olaraq, başqa şəhərlərdədə milli məsələmizin üstün qalmasına çalışılmalıdır.

Urmu-da qəsdən gərginlik yaradan əllərin amacı budur ki o bölgəni dahada çox hərbi halə gətirsinlər və yaxın gələcəkdə işqalçılara etiraz edənləri susdursunlar. İşqalçıların siyasətində, Azərbaycanın batısına yeni axın planlaşmışdır, o axına etiraz etmək üçün, bölgəni öz kontrolumuzda saxlamalıyıq və işqalçılara bəhanə yaratmamalıyıq.

Bu vasitə ilə, tüm soydaşlarımıza səslənib və yaranan gərginlikdən qazanan olduğumuzu qaranti etmək üçün, milli şuarlarımızı uyqun zamanlarda cəmiyətin içinə daşıyıb, duvar yazıları artırıb və xəbər agentliklərinə çalışqan şəkildə bilgi göndərməgi önəririk.

Bu geçici gərginligi önəmli bilərək, daha önəmli olan gələcək günləri düşünüb, milli məsələnin gündəmdə olması üçün lazimi işləmlərin yapılmasına özən göstərməliyik. Ardıcil olarak, yaranan gərginligin Azərbaycandan uzaq yerlərə daşınması üçün çalışmalıyıq. Yaranan gərginligi planlandığından caydırıb və işqalçı rejimin içəndəki ixtilafı genişləndirməliyik.

Milli Party
23/03/11009