21 Azər bayramınız qutlu olsun

11 November 2008

63 il bundan qabağ Güney Azərbaycanda milli hükümət quruldu, millətmimiz öz müqəddəratın bir daha öz əlinə keçirdi. Hükümətin 1 illik ömründən nələr anlaşılmalıdır?

Bir il yaşayan milli hükümətin qurucularının gərçək milli hisləri, dərin görüşləri və sarsılmaz iradələri bizə bunu anlatmağdadır ki bizdə onların başardığı işi başara bilərik. Yetər ki onlar kimi gərçək milli hislər, dərin görüşlər və sarsılmaz iradəyə sahib olağ. Bunu başarmağ üçün, əl-ələ verməliyik.

Dünyanın ən təhlükəli dönəmlərində özgürcəsinə baş qaldıran o milli düvlətin evladlarına bu gün umudlar bağlanıb, umudları ata-analarımız bizlərə bağlaiyblar. Bizlərə düşənsə, o umudların yerinə yetirilməsidir.

Fars siyasətçiləri hər yöndən çalışırlar ta 1324-cu ildə qurulan milli devlətçiligimizi komnistlərə və Ruslara bağlasınlar və onun milli mahiyətin zədələsinlər. Bu yolda geniş işləmlər görüb və çoxlu həzinələr verərək bir sıra saxta sənədlər yaratmağı başarıblar. Hətta başarıblar ta bəlli dönəmlərdə özlərin milli hükümətin varisləri kimi tanıtan şəxslərə meydan verib və özgür olan milli hükümətimizin məqamın, saxta və Fars mərkəzli federal muxtariyətə qədər yendirsinlər.

Milli hükümətimizin adından anlayan anlamışdır hər haldə. Adın “Azərbaycan Milli Hüküməti” seçən özgürlük savaşçılarımız İran və federalismdən yana olmadıqların açıqcasına sərgiləiyblər. Bu gərçəklərə yan baxan şovonistlərin qulu olan bir sıra federalçısa, özgürlük savaşçılarımızın qanın və əldə etdikləri varlıqları yoxa sayaraq, Fars dəiyrmanına su tökməkdələr.

Milli Party bildirir ki “Azərbaycan Milli Hüküməti”nin gərçək varisləri özgürlük savaşçıların öz balalarıdırlar və bu meydanda yalancil olaraq adların “Firqəçi”, “Federalçi” və saxta “Demokrat” qoyanlar kimi yatmış, alınmış və casuslara yer yoxdur.

“Azərbaycan Milli Hüküməti”nin quruluşunun 63-cu il dönümü, habelə, “Azərbaycan Milli Hüküməti”nin Farslar və xarici güclərin xiyanəti nəticəsində qarşılaşdığı savaşda utuzmasının 62-ci il dönümün yad edərək, o fəxr edici quruluşun bir daha təkrar olması, və, üzücü çöküşün təkrar olmasının önün almağı arzu edirik. Təbiki arzu deiyl, istəmək demək lazimdir. Biz “Azərbaycan Milli Hüküməti”nin quruluşun istəiyrik.

Milli Party
21/08/1387
Təbriz


« GələnlərGedənlər » 
  



Əlaqə

Ev Yarpağ

Copy right © 2007-2009, AMP-G