15 İyul toplantısı barədə izahat
Ötən aylarda İran cuğrafiyasında geniş dəiyşimlər baş vermişdir və hakimiyət içində olan ayrılıqlar aşkarlanıb, genişlənib və təhlükəli halə gəlmişdir. Bu olaylardan yararlanmaq üçün, Milli Pary-nin daxildə olan yetkililəri qapalı toplantı keçirib və bir neçə qərar almışlar.
Bu toplantıda ilk olaraq Güney Azərbaycan adına içəridə gizli fəaliyət edən komonist qurumunun yetkililəri dəvət olunmuşlar. Komonist düşüncəsi ilə illərdir Güney Azərbaycanda pasif şəkildə dolandırılan şəxslərin indiki zamanda fəal olaraq hərəkata qatılmaları üçün, komonist yetkililəri cavab vermək və önəri önərmək üçün muzakirəyə şağrılmışdılar.
Milli Party adından toplantını açan yetkili, Güney və Quzey Azərbaycanda komonistlərin hər zaman milli maraxlara qarşı durduqlarını bildirərək, komonist düşüncəsini Azərbaycan və Türk millətinə qarşı olan bir ideoloji kimi dəyərləndirdi. O artırdı ki komonistlər heç zaman milli məsələlər üçün cavabı olmamışdır və hətta millətlərin əzilməsində ən təhlükəli rol oynayan silah olmuşdur.
Daha sonra Güney Azərbaycanda milli hərəkat üçün illərcə fəaliyət edən bir soydaşımız danışıq aparmışdır. Soydaşımız bildiribdir ki Güney Azərbaycanda milli məsələ hələlik lazimi qədər mənimsənməmişdir və hakimiyət çalışır ta milli məsələni radikallaşdıraraq genclərimizi ondan uzaqlaşdırsın. Soydaşımız bildiribdir ki radikallaşmış milli hərəkata qatılan genclərin sayı az olmasada, gələcəkdə radikallaşmış şəraiyti kontrol etmək üçün çətinlik çəkəcəgimiz və hakimiyət yada düşmanların bu durumdan faydalanacağını unutmamaq lazimdir.
Komonistlərin numayəndəsi olan soydaşımız isə baş verən olaylara toxunaraq onları birlik və bərabərlik yolunda baş verən çatışmalar adlandırıb. Soydaşımız bildiribdir ki komonistlərin hər zaman birlik yaratmaq istəgi diktatoralar tərəfindən əzilib və ona qarşı savaş elan olubdur. O bildiribdir ki neşə il pasif qalan komonist Azərbaycanlılar son illərdə yeni idealarla fəaliyətlərini genişləndirmişlər. Soydaşımız artırıbdır ki bu günkü komonistlər öncə Azərbaycan komonistidirlər və saonra qlobal komonist. Bu ideaya aydınlıq gətirən soydaşımız artırıbdır ki Güney Azərbaycanda çalışan komonistlər tam anlamında milli hərəkata, həmdə qadın və başqa millətlərin haqlarına dəstək verməkdədir.
Toplantının açılışından sonra görüşlər, intiqadlar və önərilərin incələməsi başlanmışdır. Bu dönəmdə isə iştirakçılar hamılıqca milli hərəkatın güclənməsi üçün bilrik yaratmağın önəmli və gərəkli olduğuna səs verdilər. Milli Party yetkililəri və komonist numayəndələrin birgə qərarilə, yaxın gələcəkdə Güney Azərbaycan milli hərəkatının komonist qolunun işə başlanması ideası onaylandı. Bu barədə ardicil danışıqlar və görüş alveri qərarı alındı.
Toplantının sonunda, iştirak edən şəxslər birlikdə Milli Party-nin verdigi önəri barədə tartışma apardılar. Milli Party İran adlanan cuğrafiyasında yaranan mövqeiyətən yararlanıb və Türk kimlikli bir təşkilatın qeydiyatdan keçirilməsini önərmişdir. Bu önəri xaricdə və daxildə çalışan fəallar tərəfindən uyqun bildirilmişdir və ona görə intensif çalışmaların başlanmasını tələb etmişlər.
Milli Party öz önərisində yaxın gələcəkdə Fars mərkəzli təşkilatların rəsmi şəkildə qeydiyatdan geçəcəgini bildirib və Azərbaycanlıların gücünün Fars qurumlara getməsini əngənlləmək üçün, habelə Türk kimliginin İran cuğrafiyasında bir daha siyasi arenaya girməsini sağlamaq üçün belə bir təşkilatın yaranmasını lazim və yerində bilmişdir.
Milli Party-nin önərisinə görə, Güney Azərbaycanın tarixi mərzləri içində Türk mərkəzli bir təşkilatın yaranması, Fars mərkəzli qurumların demokrasi şuarlarının yalan olduğunu aşkarlatması üçün qəti rol oynayacaqdır. Hakimiyət isə Fars mərkəzli qurumlara icazə verməklə, yerli qurumlara yox deməklə öz mahiyətini dahada aydınlatacaqdır. Bunlarla yanaşı, gen Azərbaycanlıların siyasi və həyəcan dolu çabaları yön tapacaq və gərçək bir düşüncə ətrafına cəmləşəcəkdir.
Bu önəri bir çoxlu iştirakçı tərəfindən onaylandı və onun başqa qurumlara habelə içəridə yayılması üçün lazimi işləri görəcəklərinə daiyr söz verdilər.
Toplantıdan razi olan komonist numayəndələri isə xaric qol ilə görüş alveri edib və onları Güney Azərbaycanda olan istəklər barədə bilgiləndirəcəkləri barədə söz verdilər.
Toplantı 4 saat sürmüşdür.
Milli Party mətbuat xidməti
Təbriz
16/07/2009