Ana dili və Ana yurdumuz

4 February 2008

21 Fevral Dünya Ana dili günü olaraq adlanıbdır. Bu gün millətlər öz ana dillərinə verdikləri dəyəri dilə gətirib və Azərbaycanlılar kimi ana dillərindən məhrum qalan millətlət öz harayların yüksəldərlər.

26 Fevral Xocali faciəsinin il dünümüdür. Quldur Ermənilərin törətdigi cinayətlər və işqal etdikləri torpağlar Azərbaycan millətinin ana yurdudur.

Azərbaycan həm yurd və həm dil baxımından işqal altındadır.

Bu il Fervral ayında qurulacaq olan toplantılarımıza, Güney və Quzey bölməsində olacaq olan seçkilər, habelə Ermənistan və Amerikada geçiriləcək olan seçkiləridə artırılacaqdır. Nədən ki bu seçkilərin hər biri bizim milli mənafemizlə duyunlənib və gələcəkdə yürütülən syiasətimizin təməllərilə bağlıdır.

Azərbaycan millətinin Ana dilin, 5 ildən aşqındır dünyada genış çapda tanıtmağa özən göstərilir. Bu yolda tüm kültür və syiasi fəralların çabalari alqışlanmalıdır. Milli Party bu il ana dili günü törənlərinə, içəridə və dışarıda qatılacaqdır.

Mənim dilim ölən dəiyl, başqa dilə çönən dəiyl. Dilimizi qorusaq, torpağımızi qorusaq, Azərbaycan yaşayacaqdır.

Dünya gözü önündə soyqırım edilir, dünya ictimaiyəti adlanan toplumsa ona səssiz qalır! Bir ülkənin 25% torpağ işqal olunur, minlərcə silahsız insan qətl edilir, milionlarca günahsız insan qaçqın duşür və dünya bu cinayətlərə susur! Çünkü işqalci xiristian Ermənidir. Qardaşlari Rusiyada, Amerikada, İsraildə və İranda onlara dəstək olub, dünya ictimaiyətində onlardan yana çıxış edirlər.

İllərdir mədəni yoldan çözüləcəgini söz verən Ermənlərin Qardaşları, işqal edilməş torpağlarında Azərbaycan Türk mədəniyətinin silinməsinə, bölgəni Erməniləşdirməgə və son zamanlarda Kürdləşdirməgə səssiz qalaraq bu işləmlərə yardımcı olurlar.

Quzey hakimiyətisə bu çirkin oyunlara inanaraq, öz hizbi və şəxsi mənafein Azərbaycan milli mənafeindən üstün görüb və yalnız öz yerin bərkitməgə çalışır. Son günlərdə torpağlarımızı alacaiyq sözüylə çixiş edən İlham Əlievin seçkilər üçün başladığı rəklam kampaniyasıda bu oyunlara daha çirkin kimlik bağışlaiyr.

Milli Party inanır ki milli mənafemiz sözlə dəiyl ki əməl ilə qorunmalıdır. Bu yolda hərkəsin bilmiş olmasi gərəkən bir gərçək vardır: Güclü olmaya ütüzar.

Güclü olmağ üçün, yalnız iqtisadi yox ki siyasi və hərbi baxımdan güclü olmaq lazıdir. Silahlanmağ bizim ən ilkəl amaclarımızdan olmalıdır. Gücümüz olmasa və gələcək üçün, bplgə üçün və başqa yerlərdə yaşayan soydaşlarımız üçün planımız olmasa, bu günə qədər əldən verdik olduğumuz torpağ, varlıq və milli ğurur tikrarlanacaqdır.

Seçkilərə gəlincə, bir millərt bir dövlət olmayana qədər, hər hançi bir olay biz Azərbaycanlıların, otayda, butayda və xaricdə, güncəl yaşamına yansımalıdır. Güneydə olacaq olan İran məclis seçgiləri, habelə Quzeydə olacaq olan başbaxanlıq seçimlərinə marax göstərmək, hər bir Azərbaycanlının milli görəvidir.

Azərbaycanda bilindigi kimin, bir çoxlu dış güclərin ətkisi vardır. Bu ətkilərdən olan Kürd axını və Kürd yauılması adlandırılmalıdır. Seçkilərdə meydan Kürdlərə boş qalırsa, Güney batı bölgələrində ağır itgilər verəcək olacayıq. Buna qarşi, yalnız Güney batı bölgələrində, və hətta Kürdüstan adlanan rayonlarda payımız olan şəhərlərdə tam gücümüzlə seçkilərər qatılmalıyıq.

Seçkiləri təhrim etmək, bu günkü durumumuzu daha ağırlaşdıra bilir. Ama, Türk adayların seçərək məclisə gğndərmək, ən azından milli iyəligimizin isbati üçün önəmli rol oynayacaqdır.

Milli Party ülkəmizin Güney batı bölgələrində seçkilərə (tüm seçkilərə) qatılmaği milli mənafemizə yararli dəyərləndirir. Ama bunin anlami İran-Fars hakimyiətin qanuni tanımağ və ona səs vermək anlamında dəiyldir. Amac yalnız Milli torpağ və Milli kimligimizin qorunmasıdır.

Başqa bölgələrə gəlincə, güclə demək olur ki manevr imkani bizim əlimizdədir. 100% Türk olan bölgələrdə məclis vəkili seçmək bir basqı silahi olaraq Fars devlətçiliginə qarşi qullanılmalıdır. Bu bölgələrdə seçiləcək olan vəkilləri mərcək altına alıb və iş istəməklə, Azərbaycan milli mənafein gündəmə daşıya bilmək imkani yaranacaqdır.

Milli hisləri olmayan vəkilləri bilə, vəkillik haqlarından qullanmağ üçün əldə etmək bizim yararımıza olacaqdır.

Quzeydə olan proseslərdən uzaq olduğumuzdan asıli olmayaraq, umui standardlara dayanaraq çıxış etmək bir görəvdir. Əliev sulaləsinin göz onündə olan yetırsizligi, özənsizligi və diktatorluğuna yox demək hər bir özgür və Türk Azərbaycanlının ilk addımı olmalıdır. Ancaq orda olan muxalifətin özgür olmamasi, alternativ bir güclü hakimiyətin iş başına gələ bilməsin soru altına aparır.

Muxalifət son zamanlarda başqa güclərdən plan alaraq çıxış etməsi bir çoxlu gərginlik yaradıbdır. Əliev hakimiyətinə dəstək olan güclər, gizli olaraq muxalifəti gücləndirməgə çalışırlar. Bu o deməkdir ki eini siyasət yerində qalıbda, şəxslərin dəiyşilməsi, bizlər üçün öncədən yapılmış olan bir plandır.

Quzeydə boş yerə güclənən muxlifətin güclü bir siyasətinin olmadığına baxaraq, o biri partiyaların birləşməsi daha uyqun bir seçənək ola bilir. Milli Party inanır ki milli hisləri olan balaca partiyaların birləşib və güclü bir ittifaq qurmasi, indiki durumda milli mənafemizi qorumağ üçün ən uyqun alternativdir.

Amerikadaki seçkilərə gəlincə, orda yaşayan Azərbaycanlılar və həmdə Azərbaycanın içərisində yaşayanlar bir mövzedən çıxış etmələri, xaricdə yaşayan siyasi fəalların lobbiçiligi sayəsində, əldə oluna biləcək yararlari gərçəkləşdirmək üçün, Amerikali adaylardan ikisi seçilərək, fərqli olaraq himayə olunmalıdılar. Buna görə güclü bir diyaspor lobbiçilgi gərəkli göprünür. Ancaq demək lazımdır ki bu diyaspor işi bizim gücsüz olan bölümlərimizdən saiylır. Azərbaycanın güclü diyasporasi yoxdur, ancaq yarana bilir və hər nə tezrax yaranmalıdır bilə.

Ermənistandaki seçkilər Azərbaycan üçün çox önəmlidir. O seçkiləri Qarabağ işqalına düyünləyən siyasətçilərin oyununa girməməklə, özgür bir plan yaranmalıdır. Bu planda böyük güclərin diktə etdikləri planların ətkisi altında qalmamaqla, Erməni adayların arasında, Azərbaycan milli maraxlari və bölgənin geo-politiki durumuna daha yararlı olanın seçib və dəstəkləmək, bir siyasi başari adlanacaqdır.

Günlər gedir və geri gəlməzlər ki hiç, durdurmalari bilə imkansızdır. İllərdır torpağlarımızın işqal olmalarının il dönümü gəlib soğuşur, ancaq torpağlarımızin bir qarışı bilə geri qaytarılmayıb. İllərdir ana dili günü gəlir, ancaq hələ öz dilimiz öz vətənimizdə yasaqdır. Bunlara yetər dəmənin zamani çatıb. Bu amaclara varmağ və bu varlıqlari qorumanın bir tək yolu, güclü olmak və güclü qalmaqdır.

Yaşasın Azərbaycan, yaşasın Türk

Milli Party
01/02/2008
Təbriz
MP08/02-İÇ01



  



Əlaqə

Ev Yarpağ

Copy right © 2007-2008, AMP-G